Seymur Həzi azadlığa çıxdı
Tarix: 29-08-2019 10:18 | Bölmə: Siyasət
Seymur Həzi azadlığa çıxdı

AXCP funksioneri Seymur Həzi cəza müddəti başa çatdığı üçün həbsdən azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Şuranın üzvü Tofiq Yaqublu "Facebook" sosial şəbəkəsində məlumat verib.

Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər