İnqilab Komitəsinin üzvlərindən biri istefa verib - Bəyanat
Tarix: 29-08-2019 18:02 | Bölmə: Siyasət
İnqilab Komitəsinin üzvlərindən biri istefa verib

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat verib.

Reyting.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, M. Əhmədli bəyanatında qeyd edib ki, təşkilata həmin adın qoyulmasına ilk gündən etiraz edib: "Mən hər zaman ölkədə yaradılmış sabitliyin qorunmasının tərəfdarı olmuşam”.

İlk gündən layihənin üzvləri arasında fikir ayrılığı olduğunu vurğulayan M. Əhmədli təşkilatın çox davam etməyərək tezliklə dağılacağını qeyd edir. M. Əhmədli avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə bəyanat verib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər