İcma rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz gedənlərə çağırış edib
Tarix: 13-09-2019 15:08 | Bölmə: Siyasət
İcma rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz gedənlərə çağırış edib

“Qondarma, cinayətkar xunta rejimi hazırda Azərbaycanın işğal edilmiş ərazilərində erməni icmasını əsarət altında saxlayaraq və azərbaycanlıların ora geri dönməsini əngəlləmək məqsədi ilə öz işğal nəticələrini “legitimləşdirmək” üçün müxtəlif təxribatlara əl atır”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, separatçı rejim bunun üçün qondarma seçkilər keçirir: “Onlar bir-iki deputatı və hansısa xarici ölkənin nümayəndəsini dəvət etməklə guya beynəlxalq təşkilatların təmsilçilərinin Dağlıq Qarabağa səfər etməsindən bəhs edən şoular düzəldirlər. Amma birmənalı olaraq deyirəm ki, erməni rejiminin bu addımı təxribatdır və cinayətkar xunta rejiminin düşdüyü çıxılmaz vəziyyətin göstəricisidir. Onların bu təxribatlarının heç bir nəticəsi olmayacaq”.

T.Gəncəliyev Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər edənlərə çağırış edib: "Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən beynəlxalq təşkilatların və media orqanlarının nümayəndələrinə çağırış edirik ki, Azərbaycanın əzəli torpaqları olan və hazırda işğal altında saxlanılan ərazilərinə qanunsuz səfərlər etməsinlər. Bu səfərlərin heç bir hüquqi əsası yoxdur".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər