Müxalifət Bakının mərkəzində mitinq keçirmək istəyir - Tələblər
Tarix: 14-09-2019 08:56 | Bölmə: Siyasət
Müxalifət Bakının mərkəzində mitinq keçirmək istəyir

Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 28-nə ümumxalq mitinqi təyin edib.

Reyting.az
xəbər verir ki, saat 15.00-da keçirilməsi nəzərdə tutulan aksiyanın 5 tələbi var. Tələblər bunlardır: “Seçki islahatları”, “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Uşaqpulu və tibbi sığorta”.

Milli Şura aksiyanın keçirilməsi üçün “28 May” metrostansiyasının, T. Bəhramov adına stadionun və Narimanov parkının qarşısındakı meydanları təklif edir. Təşkilat bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası Prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər