PA rəsmisi: "Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur"
Tarix: 17-09-2019 13:21 | Bölmə: Siyasət
PA rəsmisi: "Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur"

"Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi fikri var".

Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bunu, sadəcə, görüş adlandırmaq olar: "Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə, gördüyümüz kimi, Ermənistan tərəfindən ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması üçün təxribatçı addımlar atılır. Bu baxımdan qarşıdakı görüşdə də Azərbaycanın mövqeyi həmsədrlərə, Ermənistan tərəfinə - xüsusən də Ermənistan tərəfinin səsləndirdiyi bu destruktiv açıqlamaların fonunda çatdırılacaq".

H.Hacıyev əlavə edib ki, görüşün vaxtı tərəflər arasında razılaşdırıldıqdan sonra XİN səviyyəsində ictimaiyyətə açıqlama veriləcək/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər