Nazir müavini: "Əsas Prezidentin vizionunu konkret tədbirlərə çevirməkdir"
Tarix: 24-09-2019 14:09 | Bölmə: Siyasət
Nazir müavini: "Əsas Prezidentin vizionunu konkret tədbirlərə çevirməkdir"

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyətində Sosial Tədqiqatlar Mərkəzinin hesabatlarına da istinad edəcək".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb: "Başqa sözlə, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir. İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, ilin əvvəlindən 14 mindən çox şəxsə şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunur. İstənilən islahat tədbirlərini şərtləndirən müəyyən amillər var. Bu, qeyri-adekvat struktur, hər hansı korrupsiya və süründürməçilik məsələləri ola bilər. O halda hər hansı səmərədən və vəzifədən danışmaq sadəlövhlük olardı. Burada əsas məsələ insanlarda, qurumlarda düşüncə tərzinin transformasiyasıdır və Prezidentin vizionunu konkret tədbirlərə çevirməkdir".

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər