Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib - Fotolar
Tarix: 25-09-2019 01:26 | Bölmə: Siyasət
Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, tərəflər Azərbaycan ilə Alyans arasında mövcud əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Onlar Azərbaycan və Alyans arasındakı qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıblar.

Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib

Migel Anxel Moratinos Azərbaycanın müxtəlif dinlər və etnik qruplar arasında dialoqun, eləcə də multikultural dəyərlərin təşviqində rolunu və bu xüsusda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri və konfransları təqdir edib.

Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.

Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib

Bundan başqa, Elmar Məmmədyarov Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət Naziri Con Silk ilə görüşüb. Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Məmmədyarov BMT-də bir sıra görüşlər keçirib

Tərəflər, Azərbaycan və Marşal Adaları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə məlumat mübadiləsi keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}