"ABŞ Azərbaycanın trans-regional enerji layihələrini dəstəkləyir"
Tarix: 25-09-2019 11:39 | Bölmə: Siyasət
"ABŞ Azərbaycanın trans-regional enerji layihələrini dəstəkləyir"

"ABŞ Azərbaycanın təşəbbüskarı olduğu trans-regional enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizi kimi strateji layihəni dəstəkləyir".

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Corc Kent Nyu-Yorkda keçirilən Xəzər Biznes Forumunda bildirib.

"Xəzər regionunun dayanıqlı inkişafı baxımından regional əlaqələr çox vacibdir", - C.Kent əlavə edib.

Xəzər Siyasi Mərkəzi biznes, investisiya, maliyyələşdirmə imkanlarını və tərəfdaşlar qarşısında dayanan problemləri müzakirə etmək üçün özəl sektorun yüksək vəzifəli şəxslərini və rəhbərlərini, eləcə də Xəzəryanı ölkələrin hökumət üzvlərini foruma dəvət edib/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}