“Freedom House” Azərbaycan hökumətinə çağırış etdi: “Təzyiqlərə son qoyun!”
Tarix: 25-09-2019 14:48 | Bölmə: Siyasət
“Freedom House” Azərbaycan hökumətinə çağırış etdi: “Təzyiqlərə son qoyun!”

"Jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimliyə qarşı zorakılıq Azərbaycan hökumətinin siyasi məhbusları müdafiə edən vəkillərə olan hörmətsizliyini nümayiş etdirir".

Reyting.az
“Turan” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu sözləri “Freedom House” hüquq-müdafiə təşkilatının Avropa və Avrasiya proqramları üzrə direktoru Mark Berendt deyib.

M. Berendt bəyan edib ki, Azərbaycanda həbsdə olan jurnalistləri, fəalları, hüquq müdafiəçilərini və siyasi dissidentləri müdafiə edən vəkillər islah müəssisələrinə daxil olarkən və oradan çıxarkən mütəmadi olaraq təhqiramiz və alçaldıcı rəftara məruz qalırlar:

“Vəkillərin üzərində sistematik axtarış aparılması və məxfi materiallara baxılması vəkil-müştəri məxfiliyinin əsas prinsipini pozur, siyasi məhbusları ədalət mühakiməsinə və lazımi hüquqi prosedura çıxış hüququndan məhrum edir”.

“Freedom House”nin bəyanatında deyilir: “Azərbaycan hökumətini vəkillərə qarşı təzyiqlərə və hədələrə dərhal son qoymağa, siyasi motivli ittihamlarla həbs olunan bütün məhbusları azad etməyə çağırırıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər