Milli Şuranın mitinqinə icazə verildi
Tarix: 26-09-2019 17:26 | Bölmə: Siyasət
Milli Şuranın mitinqinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 28-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Reyting.az
-ın məlumatına görə, BŞİH aksiyanın Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə etiraz etmir.

Milli Şuranın bununla razılaşıb-razılaşmayacağı hələlik bilinmir.

AXCP Rəyasət Heyətinin üzrü Seymur Həzi isə meriyanın qərarının qəbuledilməz olduğunu deyib. "Təbii ki, bu, qəbuledilən deyil. Növbəti aksiyaların yerini təyin edəcəyik və keçirəcəyik", - deyə əlavə edib.

Qeyd edək ki, müxalifətin ənənəvi olaraq mitinqlərini keçirdiyi “Məhsul” stadionu təmirə bağlanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər