Deputat mandatından imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib
Tarix: 30-09-2019 12:25 | Bölmə: Siyasət
Deputat mandatından imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib

Borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib.

Bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə.Hüseynli deyib ki, konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib: "O, eyni zamanda həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər