16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Arif Hacılı yenidən Müsavatın başqanı olmaq istəyir
Tarix: 30-09-2019 16:10 | Bölmə: Siyasət
Arif Hacılı yenidən Müsavatın başqanı olmaq istəyir

Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı yenidən başqanlığa namizədliyini irəli sürüb.

Reyting.az
-ın məlumatına görə, Arif Hacılı özünün “Facebook” səhifəsində yazıb ki, sabahdan seçki kampaniyasına başlayır: “Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq”.

A. Hacılı qeyd edib ki, Azərbaycan siyasi partiyalarının tarixində ilk dəfə namizədlərin debatı da olacaq.

Qeyd edək ki, A. Hacılının namizədliyini irəli sürməsi ilə Müsavat başqanlığına namizədlərin sayı 3-ə çatıb.

Yadigar Sadıqlı və Tofiq Yaqublu da rəsmi olaraq Müsavat başqanlığına namizədliklərini irəli sürüblər.

Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}