14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Deputat: “Dağlıq Qarabağ problemini həll etməyin bir yolu var”
Tarix: 02-10-2019 17:17 | Bölmə: Siyasət
Deputat: “Dağlıq Qarabağ problemini həll etməyin bir yolu var”

“Prezident İlham Əliyevin oktyabrın 3-də Soçidə keçiriləcək Valday Klubunun toplantısında iştirakı mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Valday Klubu çərçivəsində aparılan müzakirələrlə yanaşı İlham Əliyevlə Vladimir Putin arasında görüş keçiriləcək”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib.

Onun fikrincə, qonşu dövlətlər arasında belə görüşlər müsbət hadisədir və bu mütəmadi baş verir: “Belə görüşlər zamanı tərəflər fikirlərini açıqlayır, fikir mübadiləsi aparılır, dövlətlər arasında əlaqələr inkişaf edir. Bu mənada görüş əhəmiyyətlidir”.

Araz Əlizadə əlavə edib ki, hazırda Rusiya-Azərbaycan münasibətləri normaldır və inkişaf edir: “Mən bu iki dövlət arasında münasibətlərin səviyyəsini qənaətbəxş sayıram”.

Bununla belə, deputat hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danşıqların müsbət nəticə verəcəyinə inanmır: “Mənim subyektiv fikrim budur ki, Dağlıq Qarabağ problemini həll etməyin bir yolu var. Bu, müharibə yoludur. Ermənilər asanlıqla bizim ərazilərimizdən çıxmayacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, oktyabrın 3-də Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}