Novruz Məmmədov Baş nazir postundan istefa verməyə hazırlaşır
Tarix: 07-10-2019 23:21 | Bölmə: Siyasət
Novruz Məmmədov Baş nazir postundan istefa verməyə hazırlaşır

Novruz Məmmədovun Azərbaycanın Baş naziri postundan istefa verəcəyi ilə bağlı məlumatlar yayılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Unikal.org-a hakimiyyətə yaxın mənbələrdən məlumat sızdırılıb.

N. Məmmədovun istefa ərizəsini oktyabrın 8-də təqdim etmək istədiyi bildirilir.

Mənbə, hətta Baş nazir postuna şanslı şəxsin adını da açıqlayıb. İddia olunur ki, bu şəxs Azərbaycan Prezidentinin köməkçisi Əli Əsədovdur.

Digər mənbələr isə Reyting.az-a deyiblər ki, Novruz Məmmədovun istefası reallaşarsa, Baş nazir postuna Baş nazirin müavini Əli Əhmədov da şanslıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər