Sabiq nazir: "İndiki həssas dönəmdə Əli Əsədovun bu vəzifəyə təyinatı təsadüfi deyil"
Tarix: 08-10-2019 13:54 | Bölmə: Siyasət
Sabiq nazir: "İndiki həssas dönəmdə Əli Əsədovun bu vəzifəyə təyinatı təsadüfi deyil"

"Əli Əsədovun ölkənin Baş naziri postuna təyinatı yüksək qiymətləndirilməlidir. O, peşəkar iqtisadçı və kifayət qədər bacarıqlı bir təşkilatçıdır".

Reyting.az xəbər verir ki, bu sözləri sabiq Maliyyə naziri Fikrət Yusifov deyib.

O bildirib ki, hələ 90-cı illərin ikinci yarısında, Əli Əsədovun prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postuna təyinatından sonra birlikdə ölkənin iqtisadi problemlərini saatlarla müzakirə edərkən, onun nə qədər ağıllı bir iqtisadçı olduğuna şahid olub:

"Əli Əsədov ölkənin iqtisadi problemlərini və bu problemlərin həlli yolllarını kifayət qədər yaxşı bilir. Heç şübhəsiz ki, indiki həssas dönəmdə onun bu vəzifəyə təyinatı təsadüfi deyil. Düşünürəm ki, Əli Əsədovun bu posta ölkənin iqtisadi və maliyyə sistemində gözlənilən koordinal islahatlar, o cümlədən, kadr islahatları ərfəsində gətirilməsi təsadüfi sayıla bilməz".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər