Ərəb Birliyi ilə İran Türkiyəyə qarşı birləşdi: "Ordunu Suriyadan dərhal geri çəkin!"
Tarix: 10-10-2019 14:13 | Bölmə: Siyasət
Ərəb Birliyi ilə İran Türkiyəyə qarşı birləşdi: "Ordunu Suriyadan dərhal geri çəkin!"

Türkiyə Ordusunu Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı başlatdığı "Barış Pınarı" əməliyyatına Ərəb Birliyi ölkələri ilə yanaşı, İrandan da etiraz gəlib.

Reyting.az
"Haberler.com"a istinadla xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyi əməliyyatla bağlı bəyanat yayıb.

Bəyanatda əməliyyata etiraz bildirilir: "Türkiyə hücumu dərhal dayandrımalı və Suriyadakı hərbçilərini geri çəkməlidir".

Xatırladaq ki, ötən gün İranın Xarici İşlər naziri Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonda apardığı müzakirədə də əməliyyata etiraz edib. O, hərbi əməliyyata qarşı olduqlarını bildirərək, Suriyanın ərazi bütövlüyünə hörmət tələb edib.

Qeyd edək ki, YPG/PYD terrorçuları Türkiyənin 430 km uzunluğundakı sərhədi boyunca yerləşərək, orada terror dalğası əsdirir. Məhz bu, eyni zamanda, Türkiyəyə sığınmış 3 milyondan çox suriyalı köçkünün öz torpaqlarına təhlükəsiz formada geri qaytarılması səbəbindən Ankara belə bir əməliyyata başlamaq məcburiyyətində qalıb. Maraqlı budur ki, İran bu dəfə Ərəb Birliyi ölkələri ilə eyni mövqe göstərərək, Türkiyənin bu əməliyyatına qarşı çıxıb.

Onu da qeyd edək ki, bu gün Ərəb Birliyi də bəyanat yayaraq, əməliyyata etiraz edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər