Başqanlığa namizəd: “Müsavat Partiyasının parçalanması...”
Tarix: 11-10-2019 14:34 | Bölmə: Siyasət
Başqanlığa namizəd: “Müsavat Partiyasının parçalanması...”

Müsavat Partiyasının başqanı postuna namizəd Yadigar Sadıqlı “Müsavatda başan seçkilərinin nəticələri artıq bəllidir”, - deyənlərin fikrinə münasibət bildirib.

Yadigar Sadıqlı Reyting.az-a deyib ki, İsa Qəmbərin konkret şəxsin namizədliyini dəstəkləməsi insanlarda belə təəssürat yaradıb. Bu səbəbdən də bəzi şəxslər iddia edirlər ki, artıq başqan məsələsi həll olunub: “Amma mən hesab edirəm ki, İsa Qəmbərin açıqlaması şansımızı azaltsa da, məsələnin tam həlli deyil”.

Y. Sadıqlı bildirib ki, bəzi şəxslərin “Müsavatda başan seçkilərinin nəticələri artıq bəllidir”,- fikiri ilə razılaşmır: “Yenə mübarizə aparmaq olar və qələbə çalmaq mümkündür”.

Sadıqlı Müsavatın IX Qurultayından sonra partiyanın parçalanma ehtimalına da toxunub. Onun sözlərinə görə, qurultaydan sonra parçalanma gözləmir: “Şəxsən mənimlə bağlıdırsa, deyim ki, canımdan çox sevdiyim Müsavatın parçalanmasına dəstək vermək niyyətim yoxdur”.

Y. Sadıqlı əlavə edib ki, Müsavat Partiyasının qurultayında və qurultaya qədərki dövrdə ədalətsizlik görsə, buna adekvat reaksiya verəcək: “Amma səsvermə prosesində ədalətsizliyin olacağını düşünmürəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}