Qarabağ İcması: "Ermənistanın keçirdiyi forum təxribat xarakterlidir"
Tarix: 11-10-2019 16:11 | Bölmə: Siyasət
Qarabağ İcması: "Ermənistanın keçirdiyi forum təxribat xarakterlidir"

"Ermənistan tərəfi "Ədalət və sülh naminə" adlı təxribat xarakterli forum keçirməklə bir daha işğal olunmuş ərazilərdə öz qanunsuz işğalının nəticələrini leqitimləşdirməyə cəhd edir".

Reyting.az
xəbər verir ki, bunu "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar ünsürlər tərəfindən yeni bir təxribat xarakterli tədbir keçirilməsi üçün cəhdlər göstərilir: "Həmin forumun adı bizim üçün gülüş doğurur. Çünki burada hansı ədalətdən və sülhdən söhbət gedə bilər ki, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlı əhalinin iştirakı olmadan, öz torpaqlarımıza geri dönmədən belə bir forum keçirirlər. Yaxşı olardı ki, işğalçı rejim və onların havadarları ədalətdən yox, ədalətsizlikdən, sülhdən yox, sülhə vurduğu zərərdən danışardılar. Çünki bu, daha səmimi olardı".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər