Musa Qasımlı: “Zəfər Türk Ordusunun, Türk Millətinin olacaq”
Tarix: 11-10-2019 16:11 | Bölmə: Siyasət
Musa Qasımlı: “Zəfər Türk Ordusunun, Türk Millətinin olacaq”

“Türkiyə uzun illərdir terrordan əziyyət çəkir. Terrorçular dinc sakinləri - qadınları, qocaları, uşaqları da öldürür. Bəzi dövlətlərin dəstəyi ilə terrorçular Suriyanın şimalını hərbi baza vəziyyətinə gətirib çıxarmışdı”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı Türkiyənin Suriyada apardığı hərbi əməliyyatdan danışarkən deyib.

Musa Qasımlının sözlərinə görə, hər bir dövlətin özünü müdafiə etmək hüququ BMT Nizamnaməsində əks olunub və Türkiyənin də belə bir hüququ var.

Deputat bildirib ki, Türkiyənin “Sülh bulağı” əməliyyatı hərbi təcavüz aktı deyil: “Bu, Türkiyənin terrorçuluğa qarşı mübarizə fəaliyyətidir və beynəlxalq hüquq normalarına uyğundur. Bu qələbə təkcə Türkiyənin olmayacaq, terrordan əziyyət çəkən bütün dünya ölkələrinin, o cümlədən indi Türkiyəni qınayan bəzi ölkələrin də qələbəsi olacaq. Çünki onlar Türkiyəni qınasalar da, özləri terrordan əziyyət çəkirlər. Bu işin ağırlığının, məsuliyyətinin altına Türkiyə girib və zəfər də Türk Ordusunun, Türk Millətinin olacaq. Bunun xeyirini isə bütün dünya görəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər