Mövlud Çavuşoğlu: “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq”
Tarix: 14-10-2019 22:29 | Bölmə: Siyasət
Mövlud Çavuşoğlu: “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq”

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər, Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı müdafiə edər. Bu, bizim borcumuzdur”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Qlobal medianın inkişaf trendləri: risklər və imkanlar” beynəlxalq media konfransında çıxışı zaman deyib.

Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda dünya səssizdir, Azərbaycana qarşı ikili standartlar mövcuddur: “Azərbaycanı bu haqlı mübarizəsində tək buraxmamalıyıq. Biz birgə çalışmalıyıq”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər