17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ərdoğan Rusiyaya, ABŞ rəsmiləri Türkiyəyə səfərə hazırlaşırlar - Foto
Tarix: 16-10-2019 02:06 | Bölmə: Siyasət
Ərdoğan Rusiyaya, ABŞ rəsmiləri Türkiyəyə səfərə hazırlaşırlar

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı onu Rusiyaya işgüzar səfərə dəvət edib.

Reyting.az
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Ərdoğan Putinin dəvətini qəbul edib və səfər yaxın günlərdə reallaşacaq.

Digər bir məlumatda isə bildirilir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar çərşənbə günü (16 oktyabr) Türkiyəyə səfər edəcəklər.

Ərdoğan Rusiyaya, ABŞ rəsmiləri Türkiyəyə səfərə hazırlaşırlar

Bunu Amerika prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

M. Pensin mətbuat xidmətindən isə bildiriblər ki, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Qeyd olunub ki, 17 oktyabrda Pens, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu, Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}