Leyla Abdullayeva: "Həmsədrlərin Qarabağa səfərinə Azərbaycan razılıq verib"
Tarix: 16-10-2019 17:23 | Bölmə: Siyasət
Leyla Abdullayeva: "Həmsədrlərin Qarabağa səfərinə Azərbaycan razılıq verib"

Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minski Qrupunun həmsədrlərinin Yerevandan Qarabağa, daha sonra Bakıya səfərinə şərh verib.

Reyting.az
-ın məlumatına görə, bu barədə açıqlama verən XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var:

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilmiş və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir".скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}