ABŞ Ərdoğan və Türkiyənin digər səlahiyyət sahiblərinə sanksiya tətbiq etmək istəyir
Tarix: 16-10-2019 23:59 | Bölmə: Siyasət
ABŞ Ərdoğan və Türkiyənin digər səlahiyyət sahiblərinə sanksiya tətbiq etmək istəyir

ABŞ Nümayəndələr Palatası Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına görə bu ölkəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib.

"RİA Novosti" xəbər verir ki, qanun layihəsi Konqres üzvü Liz Çeyni və 90-dan artıq respublikaçı tərəfindən təqdim olunub.

Konqresmenlər Türkiyənin prezidenti, vitse-prezidenti, müdafi naziri, XİN rəhbəri və digər yüksək vəzifəli məmurlar da daxil olmaqla bu ölkənin rəsmi şəxslərinə qarşı sanksiya tətbiqini təklif edirlər.

Bundan əlavə, qanunvericilər "Türkiyə Silahlı Qüvvələrinə maliyyə, maddi və ya texnoloji dəstək verən hər bir xarici vətəndaşa qarşı sanksiyaların tətbiq edilməsini" də istəyirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər