Ərdoğanla Pensin 1 saat 40 dəqiqə çəkən gərgin görüşü: masada hansı məsələlər olub? - Fotolar
Tarix: 17-10-2019 21:03 | Bölmə: Siyasət
Ərdoğanla Pensin 1 saat 40 dəqiqə çəkən gərgin görüşü: masada hansı məsələlər olub?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankaraya gələn ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşüb.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə prezidentinin Ankaradakı iqamətgahında baş tutan görüş mətbuata qapalı keçirilib.

Türkiyə mətbuatı xəbər verir ki, yerli vaxtla saat 15:42-də başlayan görüş 1 saat 40 dəqiqə çəkib: "Görüşdə "Barış Pınarı" əməliyyatı, əməliyyatdan sonra atılacaq addımlar, təhlükəsiz bölgə və ABŞ-ın sanksiya qərarları müzakirə olunub".

O da bildirilib ki, görüş həddən artıq gərgin keçib: "Bu, görüşdən çəkilmiş fotolardan da aydın görünür. Bundan əlavə, Pens Ərdoğanla görüşdə qucaqlaşmaq istəsə də, Türkiyə prezidenti sadəcə, əl sıxışmaqla kifayətlənib".

İkitərəfli müzakirədən sonra tərəflər çoxtərəfli görüşə başlayıblar.

Bu görüş isə 2 saat 40 dəqiqə çəkib.

Hələlik görüşlərlə bağlı rəsmi məlumat yayılmayıb.

Ərdoğanla Pensin 1 saat 40 dəqiqə çəkən gərgin görüşü: masada hansı məsələlər olub?
Ərdoğanla Pensin 1 saat 40 dəqiqə çəkən gərgin görüşü: masada hansı məsələlər olub?
Ərdoğanla Pensin 1 saat 40 dəqiqə çəkən gərgin görüşü: masada hansı məsələlər olub?скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}