Bələdiyyə seçkilərinin vaxtı bəlli oldu: sabahdan namizədlər irəli sürüləcək
Tarix: 18-10-2019 16:41 | Bölmə: Siyasət
Bələdiyyə seçkilərinin vaxtı bəlli oldu: sabahdan namizədlər irəli sürüləcək

Mərkəzi Seçki Komissiyası (MSK) növbəti bələdiyyə seçkiləri ilə bağlı qərar verib.

Reyting.az
xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında qəbul olunan qərara əsasən, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

İclasda, eyni zamanda, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" təsdiq edilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesinə isə sabahdan - oktyabrın 19-dan başlanacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}