Deputat: “İnsanlar eyni vəzifədə uzun illər çalışdıqda...”
Tarix: 23-10-2019 14:43 | Bölmə: Siyasət
Deputat: “İnsanlar eyni vəzifədə uzun illər çalışdıqda...”

“Kadrlar daima yenilənməlidir. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar tam doğrudur. Eyni zamanda bunu sensasiya kimi təqdim etməyi də yanlış sayıram”.

Bu sözləri Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə son zamanlar Prezident İlham Əliyev tərəfindən aparılan kadr islahatlarından danışarkən deyib.

Partiya sədri əlavə edib ki, insanlar bir vəzifəni uzun illər tutduqda bir qədər korlaşırlar: “Gənclərin irəli çəkilməsi hər halda müəyyən qədər uğurlar gətirə bilər. Amma mən hesab etmirəm ki, nisbətən yaşlı məmurlar vəzifələrinə məsuliyyətsiz yanaşırdılar. Sadəcə, zamanın da tələbləri var. Bu proseslərə normal yanaşmaq lazımdır. Ümid edirəm ki, yeni vəzifəyə gətirilən kadrlar onlara göstərilən yüksək etimadı doğruldacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}