08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
YAP “yadlar”ın nəzarətinə keçib - Sabiq deputat partiyada islahatlar gözləyir
Tarix: 25-10-2019 11:49 | Bölmə: Siyasət
YAP “yadlar”ın nəzarətinə keçib - Sabiq deputat partiyada islahatlar gözləyir

“Kommunist Partiyası dövründən qalan kadrlar yavaş-yavaş istirahətə gedirlər. Bu, çox gözəl, qəbulolunan və hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verən hadisədir”.

Reyting.az
xəbər verir ki, bu fikirləri keçmiş deputat, Naftalan rayonunun sabiq icra başçısı Musa Musayev özünün Feysbuk səhifəsində yazıb.

Musa Musayev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən aparılan kadr islahatlarını dəstəkləyir və bu prosesin təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyasında (YAP) da aparılacağına ümid edir.

YAP “yadlar”ın nəzarətinə keçib - Sabiq deputat partiyada islahatlar gözləyir
Musa Musayev

Musayev xatırladıb ki, vaxtilə hansısa yollarla başqa partiyalardan YAP-a və iqtidara transferlər baş verib. Bundan sonra YAP-a və iqtidara, Ulu öndərə, cənab Prezidentə sədaqətli və əqidəli kadrları planlı şəkildə ləkələməyə başlayıblar. Sabiq deputatın yazdığından belə anlaşılır ki, “gəlmələr” sədaqətli kadrları hakim partiyanın rəhbər strukturlarından və dövlətdə tutduqları vəzifədən uzaqlaşdırmaq məqsədilə onlara şər-böhtan ataraq, çirkin məqsədlərini həyata keçirirlər.

Musayev inanır ki, YAP sədri, Prezident İlham Əliyev yaxın zamanlarda hakim partiyada da islahatlar həyata keçirəcək. “Bu gün YAP-ın mərkəzi qərargahında çalışan əməkdaşların 99 faizi son zamanlar YAP-a gələnlərdir. O cümlədən partiyanın rayon şöbələri”, - Musayev qeyd edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər