12:30 / 20-09-2024
Sabah yağış yağacaq
Qadınlar ABŞ səfirliyi qarşısında aksiya keçirib - Video
Tarix: 25-10-2019 17:47 | Bölmə: Siyasət
Qadınlar ABŞ səfirliyi qarşısında aksiya keçirib

Oktyabrın 25-də bir qrup qadın ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Qadınlar plakatlar qaldıraraq, 19 oktyabr mitinqi zamanı dinc vətəndaşlara qarşı polis zorakılığını pisləyiblər.

Reyting.az
Turan-a istinadla xəbər verir ki, aksiya iştirakçıları həmçinin sosial problemlərin həllini tələb ediblər və dövlət orqanlarındakı korrupsiyanı pisləyiblər.

Hadisə yerinə gələn polis dəstələri qadınları ərazidən uzaqlaşdıraraq, bir iştirakçının müraciətlərini səfirliyə təqdim etməsinə icazə verib.

“Biz amerikalı diplomatlardan ifadə azadlığının təmin edilməsi, müxalifətə qarşı polis zorakılığına son qoyulması və toplaşmaq azadlığının təmin edilməsi üzrə səylərimizi dəstəkləməyi xahiş etdik.

Məni dinlədilər və Azərbaycan hakimiyyəti ilə görüşlərdə bu məsələləri qaldırmağa söz verdilər”, - deyə səfirlik binasından çıxan aksiya iştirakçısı bildirib.





Bölməyə aid digər xəbərlər