00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Kommunistlərin ölkədəki kadr dəyişikliklərinə münasibəti açıqlanıb - Fotolar
Tarix: 28-10-2019 14:24 | Bölmə: Siyasət

Azərbaycan kommunistlərinin Prezident İlham Əliyevin apardığı kadr islahatlarına münasibəti açıqlanıb.
Azərbaycan Kommunistlər Birliyinin sədri Ədalət Abdinov Reyting.az-a deyib ki, Prezident İlham Əliyev ölkəmizin sürətli inkişafı naminə görüləcək işlərin planlı surətdə, əlaqələndirilmiş şəkildə aparılmasını təmin edir: “Dövlətimizin başçısı çox yaxşı bilir ki, fəaliyyətinin müvəffəqiyyəti həlledici dərəcədə kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi apardığı siyasətin və qəbul etdiyi qərarların həyata keçirilməsi üzərində nəzarətin düzgün təşkili ilə müəyyən edilir. Leninin bir fikrini xatırlatmaq istəyirəm: “...Lazımi adamları seçin və əməli icranı yoxlayın – bunu xalq qiymətləndirər”.
Bu bir həqiqətdir ki, xalqımız Prezidentin son kadr islahatını çox yüksək qiymətləndirir”.
Ə. Abdinovun sözlərinə görə, siyasətlə kadrların fəaliyyəti qarşılıqlı surətdə sıx əlaqədardır: “Cənab İlham Əliyev vətəndaşların mənafe və məqsədlərini möhkəm və ardıcıl surətdə ifadə edən, ictimai dəyişiklikləri öz şəxsi işi kimi həyata keçirən, ölkə qarşısında duran vəzifələri yerinə yetirmək uğrunda mübarizəyə başçılıq etməyi bacaran kadrlara üstünlük verir. Lenin belə hesab edirdi ki, kadrları vəzifəyə təyin etmək və yerlərini dəyişdirmək şəklində ifadə edilməyən heç bir siyasəti yeritmək olmaz. Mən Leninin bu fikrini cənab Prezidentin fəaliyyətində müşahidə edirəm. O, ictimai həyatın bu və ya digər sahəsində siyasəti müəyyən edərkən, hər dəfə məsul vəzifələrə bu siyasətin əməli surətdə həyata keçirilməsini ən yaxşı təmin edə bilən kadrlar tapıb göndərməyə çalışır.
Prezident İlham Əliyevi fərqləndirən cəhətlərdən biri də odur ki, rəhbər kadrların böyük rol oynadıqlarını bilərək, onlardan məhsuldar istifadə etməyin, kadrları yerləşdirməyin, hazırlamağın, seçib tərbiyə etməyin səmərəli sistemini yaratmağın qayğısına qalır. Prezidentin başçılığı ilə keçirilən elə bir yığıncaq olmayıb ki, orada bu və ya başqa dərəcədə kadr siyasəti, dövlət idarəsi şəbəkəsinin həlledici sahələrini kadrlarla möhkəmləndirmək, kadrlarlarla işi təkmilləşdirmək məsələləri nəzərdən keçirilməsin. Bütün bunlarla yanaşı, cənab Prezident kadrların tez-tez, həm də bəzən əsassız olaraq dəyişdirilməsinin də əleyhinədir, kadr siyasətinin həyata keçirilməsi üzərində vətəndaşların nəzarətinin olmasının tərəfdarıdır”.
Abdinovun fikrincə, yeni işçiləri irəli çəkmək və daha məsul vəzifələrə keçirmək zamanın tələbidir: “Azərbaycan Prezidenti ölkəmizin inkişafının müasir mərhələsində öz kadr siyasətini bu cür işləyib hazırlayır və həyata keçirir, onu cəmiyyətə rəhbərlik sahəsində öz fəaliyyətinin ən mühüm hissəsi hesab edir. Kadrların gücü təkcə onda deyildir ki, onlar yaxşı ixtisas biliyinə malikdirlər. Bu gün yeni tip işçilər tələb olunur və belələri Azərbaycanda kifayət qədərdir. Yüksək ideyalılıq, məqsəd aydınlığı, xalqın mənafeyinə sədaqət bu işçiləri fərqləndirən sifətlərdir. Bu sifətlər, həmçinin işə bələdlilik, işi bilmək sayəsində kadrlarımız öz qarşılarında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirə bilirlər.
Azərbaycan cəmiyyətinin daha yüksək iqtisadi, siyasi və mənəvi inkişaf pilləsinə keçməsi, yaradıcılıq işinin artmaqda olan miqyası, cəmiyyətin qarşısına çıxan problemlərin mürəkkəbliyi nəinki kadrlara olan ehtiyacı artırır, həmçinin onların qarşısında daha yüksək tələblər qoyur. Bu da cənab İlham Əliyevin kadr islahatlarına səbəb olan şərtlərdən biridir. Prezident rəhbər kadrların qarşısında xüsusilə mühüm vəzifələr qoyur. Çünki cəmiyyətin həyatının bütün sahələrinə rəhbərliyin, insanlar arasında aparılan təşkilatçılıq və siyasi işin səviyyəsinin yüksəldilməsi, kadrların seçilməsinin, yerləşdirilməsinin yaxşılaşdırılması ilə qırılmaz surətdə bağlıdır. Dövlət, iqtisadiyyat, mədəni-tərbiyə işinin və ictimai işin bütün sahələrinə siyasi cəhətcə yetkin, işə bələd, qabiliyyətli təşkilatçıların başçılıq etməsinə cənab Prezident birinci dərəcəli əhəmiyyət verir.
Cəmiyyət həyatının müxtəlif cəhətlərini idarə etmək sahəsində məsul vəzifələrin yerinə yetirilməsi kimə tapşırılıb, dövlət strukturlarının başında kimlər durur – hər hansı bir işin müvəffəqiyyəti həlledici dərəcədə bundan asılıdır. Buna görə də cənab İlham Əliyev kadrlarla iş sahəsində bütün ölkə vətəndaşlarının mənafeyini ardıcıl surətdə ifadə edir.
İlham Əliyevin çox böyük üstünlüklərindən biri də odur ki, kadr siyasətində təcrübəli kadrlarla gənc kadrları bir-birinə qarşı qoymayaraq, onlardan əlaqəli şəkildə istifadə edilməsi xəttini yeridir. Bu cür əlaqələndirmə Azərbaycanın bugünkü inkişaf vəzifələrinə tamamilə uyğundur.
Cənab Prezident gənc, gələcəyi olan işçiləri rəhbərliyə irəli çəkərkən nəzərə alır ki, indiki nəsil daha biliklidir, yaxşı elmi hazırlığa və ixtisas hazırlığına malikdir. Gənclərdə yenilik hissi, hadisələrə yeni mövqelərdən baxmaq hissi və çeviklik daha çoxdur. Onlar bir qayda olaraq, zamanın ruhuna daha çox uyğun olan formaları axtarıb tapa bilir, ətalət və geriliyə qarşı daha cəsarətlə mübarizə aparırlar”.

Ramiz Mehdiyevin istefasından da danışan Ədalət Abdinov deyib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də çalışırdı ki, rəhbər vəzifələrə getdikcə daha çox istedadlı və yüksək bilikli, Heydər Əliyev ideallarına sadiq gənc adamlar gəlsin: “Onların səmərəli, səylə işləməsi, onların qabiliyyətləri təcrübənin azlığından doğa biləcək nöqsanların əvəzini çıxır. Buna görə də Ramiz Mehdiyev bacarıqlı gənc adamları cəsarətlə irəli çəkmək xəttini qətiyyətlə yeridirdi. Və özü də buna nümunə göstərdi!
Onu da qeyd edim ki, cənab Prezident təcrübəli köhnə kadrların qiymətləndirilməməsi kimi halların, onlara nihilist münasibət bəslənməsinin qəti əleyhinədir. Təcrübəli işçi təkcə çoxdan işləyən adam deyil, birinci növbədə öz işini yaxşı bilən, müasir səviyyədə mükəmməl rəhbərlik etmək məharəti olan işçidir. Ramiz Mehdiyev də belə dəyərli kadrlardandır. Odur ki, cəmiyyət belə adamlara diqqətlə yanaşır, hörmət göstərir.
Kadrları qiymətləndirərkən onlardakı bu başlıca cəhətləri görmək əhəmiyyətlidir: adam ona tapşırılmış vəzifələrin öhdəsindən necə gəlir, müasir tələblərə nə dərəcədə cavab verir. Köhnə kadrların təcrübəsi, vərdişi, bu və ya digər fəaliyyət sahəsində əməli bilikləri vardır, gənc kadrlar isə bunlara malik deyillər, çünki bunlar illər nəticəsində əldə edilir. Odur ki, bəzən köhnə işçinin daha enerjili və daha savadlı işçi ilə əvəz edilməsi məqsədəuyğun sayılırsa, yaşlı nəsildən olan kadrların uzun illərdən bəri qazandıqları təcrübədəki böyük kapitaldan mümkün qədər daha mükəmməl istifadə etmək heç də az əhəmiyyətli deyildir. Hesab edirəm ki, cənab İlham Əliyev Ramiz Mehdiyevi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyin edərkən bunları nəzərə alıb.

İlham Əliyevin ciddi kadr islahatları ilə bağlı Azərbaycan Kommunistlər Birliyinin mövqeyi belədir ki, hər bir yeni nəslin qüvvət və sərvət mənbələrindən biri ondadır ki, bu nəsil özündən əvvəlki nəsillərin təcrübəsinə əsaslanır. Bu təcrübəni diqqətlə öyrənmək lazımdır. Köhnə kadrların nüfuzuna, təcrübəsinə hörmətsizlik edilməsi cəmiyyətə zərərdən başqa heç nə verə bilməz. Aydındır ki, yaşlı nəslin təcrübəsinin diqqətlə öyrənilməsi, təhlil edilməsi və mənimsənilməsi heç də onun sadəcə olaraq, təkrar edilməsi demək deyildir. Varislik köhnə təcrübəni mexaniki surətdə təkrar etmək demək deyildir, əksinə, köhnə təcrübədən yeni, qabaqcıl əsas üzərində yaradıcılıqla istifadə etmək deməkdir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər