"Kəllə sümüyü sınıb" - Nazirlik Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumat yaydı
Tarix: 30-10-2019 12:07 | Bölmə: Siyasət
"Kəllə sümüyü sınıb" - Nazirlik Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumatda Oqtay Gülalıyevin gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirildiyi vurğulanıb:

"Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}