08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 11-ə çatıb
Tarix: 05-11-2019 17:37 | Bölmə: Siyasət
Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 11-ə çatıb

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın - Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bununla da seçkilərdə iştirak edən siyasi partiyaların sayı 11-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının nümayəndələri qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər