08:34 / 25-12-2024
Ottava Pekinə etiraz edir
Bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb
Tarix: 07-11-2019 17:24 | Bölmə: Siyasət
Bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb

"Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 28 410 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı dairə seçki komissiyalarına müraciət edib".

Reyting.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, 14846 nəfər fərdi qaydada müraciət edib. 13 524 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 40 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

MSK sədri imza vərəqəsi götürənlərin sayını açıqlayıb: "17509 nəfərə imza vərəqəsi götürüb. Onlardan 2419 nəfəri imza vərəqəsini geri qaytarıb. Bələdiyyə seçkilərində iştirak edəcək 60 nəfərin namizədliyi qeydə alınıb".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər