Polis Müsavat Partiyasının başqanını saxlayıb
Tarix: 12-11-2019 14:28 | Bölmə: Siyasət
Polis Müsavat Partiyasının başqanını saxlayıb

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Bu barədə Müsavatdan Reyting.az-a verilən məlumata görə, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər