Müsavat başqanından mühacir alveri haqda yeni açıqlama: "Nəyi bayram edirsiniz?"
Tarix: 15-11-2019 11:10 | Bölmə: Siyasət
Müsavat başqanından mühacir alveri haqda yeni açıqlama: "Nəyi bayram edirsiniz?"

Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyadan "mühacir alveri"nə görə saxlanılan müsavatçılarla bağlı daha bir açıqlama yayıb.

Reyting.az
xəbər verir ki, o, sosial şəbəkədəki səhifəsində belə yazıb:

“Avropadan soydaşlarımız deport olunur. Onların öz məqsədi var. Ərazisində miqrantların sayını mümkün qədər azaltmaq hər Avropa ölkəsinin dövlət siyasətidir. Azərbaycanda nə baş verir? Bu olaydan hərə öz məqsədi üçün yararlanmağa çalışır. Real TV və başqa dövlət kanalları şadyanalıq edir. Biriləri bundan siyasi opponentlərə qarşı istifadə etməyə çalışır. Deport olunanlar arasında bir neçə ailə, xeyli çocuqlar var. Onları ən azı saxlanma, aşağılanma, sorğu-sual gözləyir. O qadınların, çocuqların üzüntüsünü, ürəklərinin sızıltısını, o üzüntüyə görə məhv olan ataların iztirabını düşünürsüzmü? Onlar Avropaya kefindən getməmişdilər. Bu yolla həyatlarını xilas etmək istəyirdilər. Bu da alınmadı. Nəyə sevinirsiniz? Nəyi bayram edirsiniz? Biz ki, belə amansız millət deyilik?! Bizə nə oldu?".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər