İsgəndər Həmidov siyasətdən getdiyini açıqladı
Tarix: 19-11-2019 16:14 | Bölmə: Siyasət
İsgəndər Həmidov siyasətdən getdiyini açıqladı

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) sədri İsgəndər Həmidov siyasətdən gedib.

Bu barədə Modern.az-a açıqlamasında İ.Həmidovun özü məlumat verib.

O, bu gün AXH-nin qərargahında son iclasının yekununda qərarını hərəkat üzvlərinə açıqladığını deyib:

"Həkimlərin məsləhətilə yenidən - üçüncü dəfə əməliyyat olunmalıyam. Artıq ayın 22-23-ü yenidən Türkiyəyə qayıdacağam. Ürəyimdə hələ 2 damar da tıxanmış qalıb. Onları bərpa etmək üçün əməliyyata ehtiyacım var.

Artıq yaşlanmışam və həkimlərin də məsləhətilə siyasətdən uzaqlaşmalı oldum”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər