Milli Məclis 18 məsələni müzakirəyə çıxaracaq - Siyahı
Tarix: 22-11-2019 13:39 | Bölmə: Siyasət
Milli Məclis 18 məsələni müzakirəyə çıxaracaq

Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyinə 18 məsələ daxil edilib.

İclasda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s. qanunlara dəyişiklik layihələri II oxunuşda müzakirəyə çıxarılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər