Əli Babacanla Abdullah Gül barəsində sensasiyalı iddia yayıldı
Tarix: 22-11-2019 20:04 | Bölmə: Siyasət
Əli Babacanla Abdullah Gül barəsində sensasiyalı iddia yayıldı

Türkiyədə yeni partiyanın qurulması istiqamətində gərgin çalışan keçmiş İqtisadiyyat naziri Əli Babacanla eks-prezident Abdullah Gül barədə sensasiyalı iddia yayılıb.

Reyting.az
xəbər verir ki, jurnalist Yekta Yaktı Güllə Babacanın dekabrın 1-də Demokrat Partiyasına qoşulacağı barədə məlumat verib.

Məlumata görə, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) 42 nəfər də istefa verərək Demokrat Partiyasına keçəcək.

Başqa bir iddiaya görə isə Demokrat Partiyasının sədri Gültəkin Uysal konqresdə öz vəzifəsini Əli Babacana təhvil verəcək.

Sabiq prezident Süleyman Dəmirəlin həkimi olmuş İYİ Partiyanın İspartadan deputatı seçilən Aylin Cəsurun da Demokrat Partiyasına keçid edəcəyi bildirilir.(Teleqraf.com)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}