ABŞ-ın sanksiya siyahına salınmış nazir: “İnternetə pulsuz girişi dəstəkləməyə davam edəcəyəm”
Tarix: 23-11-2019 12:04 | Bölmə: Siyasət
ABŞ-ın sanksiya siyahına salınmış nazir: “İnternetə pulsuz girişi dəstəkləməyə davam edəcəyəm”

"İnternetə pulsuz girişi dəstəkləməyə davam edəcəyəm və ABŞ-ın İranın inkişafını dayandırmasına imkan verməyəcəyəm".

Reyting.az
“Tvitter”-ə istinadla xəbər verir ki, bunu noyabrın 22-də adı ABŞ-ın sanksiya siyahısına daxil edilən İranın rabitə naziri yazıb.

Məhəmməd Cavad Azəri Cəhromi öz "Twitter" səhifəsində yazıb: "Sanksiyalar klubunun yeganə üzvü deyiləm. Məndən əvvəl startaplara, layihələndiricilərə, xərçəng xəstələrinə və uşaqlara qadağa qoyulub".

O əlavə edib: "İnternetə pulsuz girişi dəstəkləməyə davam edəcəyəm və ABŞ-ın İranın inkişafını dayandırmasına imkan verməyəcəyəm".

İnformasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromini sanksiya siyahısına əlavə edən ABŞ Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, məhdudlaşdırıcı tədbirlər “İran rejiminin internetin geniş yayılmış senzurasında” Cəhrominin iştirak etməsini düşünməsi ilə əlaqədar olaraq tətbiq edilib.

ABŞ-ın sanksiya siyahına salınmış nazir: “İnternetə pulsuz girişi dəstəkləməyə davam edəcəyəm”

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər