17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Abel Məhərrəmov: "Mənə və ailəmə qarşı böhtan yazıları artıq dayanıb"
Tarix: 25-11-2019 23:14 | Bölmə: Siyasət
Abel Məhərrəmov: "Mənə və ailəmə qarşı böhtan yazıları artıq dayanıb"

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Sərəncamı ilə 2-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunmasından danışıb.

A.Məhərrəmov Demokrat.az-a açıqlamasında Prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Mükafatı gözləməzlər. Amma çox sağ olsun ki, cənab Prezidentə bizə bu qiyməti verir. Allah ondan razı olsun ki, bizi yaddan çıxartmayıb. Bu, bizə qarşı böyük diqqət və hörmətdir".

Sabiq rektor qeyd edib ki, sözügedən Sərəncam bir daha ölkə başçısının ona olan diqqət və qayğısını göstərir:

"Mənə və ailəmə qarşı böhtan yazıları artıq dayanıb. Həqiqətən dövlətimiz tərəfindən bizə qarşı heç bir mənfi münasibət də yox idi. Vəzifəyə təyin olunanda da, çıxarılanda da Prezidentin Sərəncamı ilə olur. Prezidentin Sərəncamı ilə işə qoyulanda yaxşı olur, çıxarılanda pis? Bu yanaşma doğru deyil. Məsələlərə obyektiv yanaşmaq lazımdır. Bəzən gözü götürməyən insanlar elə düşünürlər ki, onlar qarayxama kampaniyası aparmaqla nəyəsə nail ola bilərlər. Həqiqətdə isə bu baş vermədi. Cənab Prezidentin mənimlə bağlı Sərəncamında da bu barədə heç nə yazılmamışdı. Hər halda qanunsuz fəaliyyətim olsaydı, dövlət başçımız tərəfindən mənə diqqət göstərilməzdi".




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}