Ərdoğandan yanıltmac: “Qonşu, oğlun gəldi? Nə gətirdi?..” - Video
Tarix: 26-11-2019 18:39 | Bölmə: Siyasət
Ərdoğandan yanıltmac: “Qonşu, oğlun gəldi? Nə gətirdi?..”

Prezident Rəcəb Tayyib Ərdoğan Beştəpə Sarayında CHP-li Məhərrəm İnce ilə gizli görüşdüyünü bir daha təkzib edib.

Reyting.az
“Sputnik Türkiyə”-yə istinadla xəbər verir ki, Ərdoğan deyib: "Heç kimə heç nə təklif etmədik, çünki Kılıçdaroğlundan daha ideal bir CHP lideri ola bilməz".

Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil edilən qrup toplantısında çıxış edən prezident müxalifət partiyasının AKP ilə bağlı sərt açıqlamalarını tənqid edib. “Şizofreniya hadisələri təkcə küçələrdə deyil, parlamentdə də mövcuddur. Bu şizofreniya hallarını məclisdən təmizləməliyik. Addımlar atmalıyıq”.

Ərdoğan CHP üzvü Məhərrəm İncə ilə Beştəpədə gizli görüşməsi iddiasını da xatırladıb: “Prezidentliyə namizədliyi müddətində o, partiyamıza gəldi. Cənab İncə ilə söhbətimiz oldu. Cənab İmamoğlu gəldi və biz onu qəbul etdik... İndi bir-birini günahlandırırlar. Bu iddianı irəli sürən cənab İncəni daha yaxşı tanıyırlar. İddianın sahibi belə bəlli deyil. Yəni, bir növ, qonşu, qonşu, oğlun gəldi? Nə gətirdi? Muncuq. Kimə? Mənə. Başqa kimə? Qara pişiyə. Qara pişik haradadır? Ağacın üstünə qalxdı. Ağac haradadır? Balta kəsdi. Balta haradadır? Suya düşdü. Su haradadır? İnək içdi. İnək haradadır? Dağdan qaçdı...”





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}