16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda növbədənkənar seçki keçiriləcək - Qərar
Tarix: 28-11-2019 12:19 | Bölmə: Siyasət
Azərbaycanda növbədənkənar seçki keçiriləcək

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili toplantısının keçirilmə səbəbi bəlli olub.

İlkin məlumata görə, toplantının təcili keçirilməsi 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədardır.

Dörd il əvvəl seçilmiş 125 yerlik Azərbaycan parlamentində deputatların başqa vəzifələrə təyin olunması və bir vəfat halı ilə bağlı Milli Məclisdə xeyli boş yer var.

***


"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın”.

Bunu partiyanın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransında deyib: "Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}