Vitse-spiker: "Yeni Ombudsmana uğurlar arzulayırıq”
Tarix: 29-11-2019 12:45 | Bölmə: Siyasət
Vitse-spiker: "Yeni Ombudsmana uğurlar arzulayırıq”

Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsinin müzakirəsi başlayıb.

Namizədlər barədə Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib.

Ombudsman vəzifəsinə üç nəfərin - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb.

Hər üç namizəd parlamentin iclasında iştirak edir.

B.Muradova deyib ki, namizədlər cəmiyyətdə tanınan və həyat yolu, tərcümeyi-halları zəngin olan insanlardır: "Namizədlər ictimai-siyasi həyatda tanınan simalardır. Onlar ölkənin bugünkü siyasətinə və Prezident İlham Əliyevin apardığı yeniləşmə, gəncləşmə siyasətinin ruhuna tam uyğundurlar. Kimin seçilməsindən asılı olmayaraq, yeni Ombudsmana uğurlar arzulayırıq”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər