Spiker parlamentin buraxılmasından danışdı: "Mən də bu məsələyə dəstək vermişəm"
Tarix: 29-11-2019 13:34 | Bölmə: Siyasət
Spiker parlamentin buraxılmasından danışdı: "Mən də bu məsələyə dəstək vermişəm"

"Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar V çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarımasını istəyiblər".

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

"Mən də bu məsələyə dəstək vermişəm. Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək", - deyə O.Əsədov vurğulayıb.

Milli Məclisin sədri deyib ki, qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir: "Bu, hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də birtərəf olanlara".

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər