MM sədri xanım deputata irad tutdu: "Burada iclası siz idarə etmirsiniz"
Tarix: 29-11-2019 13:40 | Bölmə: Siyasət
MM sədri xanım deputata irad tutdu: "Burada iclası siz idarə etmirsiniz"

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Müzakirə zamanı deputat Elmira Axundova çıxış edib.

O, Ombudsman Elmira Süleymanovanın fəaliyyətini təqdir edib, onu tərifləyib.

E.Axundova çıxışını bitirdikdən sonra Milli Məclisin sədri Oqtay Əsədova "qoy deputatlar çıxış etsin” deyib.

Bu zaman spiker Oqtay Əsədov ona cavab verib: "Elmira xanım, burada iclası siz idarə etmirsiniz. Özün danışırsan, özün də idarə edirsən”.

Oxu.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər