Ərdoğan Makrona yerini göstərdi: “Sən əvvəlcə öz beyin ölümünə nəzarət et"
Tarix: 29-11-2019 21:40 | Bölmə: Siyasət
Ərdoğan Makrona yerini göstərdi: “Sən əvvəlcə öz beyin ölümünə nəzarət et"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransız vəzifədaşı Emmanuel Makronun NATO barədə sözlərinə sərt təpki verib.

Reyting.az
“Sputnik-Türkiyə”-yə istinadla xəbər verir ki, “NATO beyin ölümü keçirib”,- cümləsinə Ərdoğan bu cür münasibət bildirib: "Hörmətli Makron, sənə Türkiyədən səslənirəm, NATO-da da söyləyəcəyəm, sən əvvəlcə öz beyin ölümünə nəzarət et".

Maltəpədəki Marmara Universiteti Rəcəb Tayyib Ərdoğan Kompleksinin təməlatma mərasimində çıxış edən Ərdoğan Türkiyəni NATO-dan çıxarmaq məsələsinə də mövqe bildirib: “Bu sənin həddindirmi? Belə bir şeyə qərar vermə səlahiyyətin varmı?"

Makronu “'təcrübəsiz” adlandıran Ərdoğan əlavə edib: "Türkiyənin suverenlik hüquqlarına hörmət eşidəcəksiniz bunun başqa çıxışı yoxdur. NATO üçün Fransa nə məna ifadə edir, - bilmirik, amma Türkiyə bu təşkilatın ən əhəmiyyətli üzvüdür. Türkiyə olmasa, dünyanın dörd bir yanındakı terrorçuların Avropaya yığılacağından kimsənin şübhəsi olmasın”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər