Səməd Seyidov: “Prezidentin islahatlar kursu bunu zəruri edir”
Tarix: 02-12-2019 13:29 | Bölmə: Siyasət
Səməd Seyidov: “Prezidentin islahatlar kursu bunu zəruri edir”

“Hər bir millətin gələcəyi onun dünyanın müsir çağılrışlarına cavab verməsi, milli maraqları dünyada gedən ədalətsiz proseslər çərçivəsində müdafiə etməsi və xalqın istək və arzularının həyata keçirilməsindən asılıdır”.

Bu sözləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılarkən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri əlavə edib ki, bunu həyata keçirmək üçün xalqın iradəsi və bu iradəni həyata keçirəcək hakimiyyətin olması vacibdir: “Bu iradəni reallaşdırmaq iqtidarında olan komandanın olması lazımdır. Bu gün xalqın maraqlarını ən yüksək səviyyədə müdafiə etməklə milli dəyərlər səviyyəsinə yüksələn cənab Prezident bu işi ən yüksək səviyyədə aparır”.

Seyidov əlavə edib ki, porodoksal vəziyyət yaranıb: “Uzun illər aparılan quruculuq işləri yeni Azərbaycan yaradıb. Xalq müasirləşib, düşüncə tərzi, təhlil qabiliyyəti artıb, XXI əsrin yaşam və düşüncə tərzinə uyğunlaşma prosesi gedib. Bir sözlə, milli və müasir şüur formalaşıb. Bu hallar Milli Məclisin xalqın qarşısında təmsilçiliyinin təsdiqini qaçılmaz edir. Cənab Prezidentin islahatlar kursu bunu zəruri edir. Mən hər kəsdən qərarı dəstəkləməyə xahiş edirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər