“Parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır” - Deputat
Tarix: 02-12-2019 13:35 | Bölmə: Siyasət
“Parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır”

“Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başadüşüləndir”.

Bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri əalvə edib ki, sağlam və konstruktiv müxalifət olaraq növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyirlər: “Hesab edirəm, bu, müxalifət üçün bir şansdır ki, parlamentdəki yerlərini artırsın. Həmişə söyləmişəm ki, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır”.

Deputat qeyd edib ki, həm iqtidar, həm də parlamentdəki müxalifət partiyaları xalq qarşısında məsuliyyət daşıyır:

“Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Dünyada qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, ölkədə böhran yarandıqda, özünə inamı bərpa və digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər