Dağlıq Qarabağdakı separatçı rejim xarici ölkələrdə səfirlik açmaq istəyir - Foto
Tarix: 03-12-2019 12:59 | Bölmə: Siyasət
Dağlıq Qarabağdakı separatçı rejim xarici ölkələrdə səfirlik açmaq istəyir

Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı rejim dünyanın fərqli ölkələrində səfirlik və nümayəndəliklər açmağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan bildirib. O, “parlament”dəki çıxışı zamanı bu məqsədlə bir neçə ölkə və regionun adını çəkib.

“Nümayəndəliklərimizin coğrafiyası genişlənməlidir. Prioritet olaraq Cənubi Amerika, Kipr və Yunanıstana baxırıq.

Xatırladım ki, diaspor üzvləri bizim nümayəndəlik açmaq xərclərinin bir qismini qarşılayacaq”,- deyə Mailyan söyləyib.

Dağlıq Qarabağdakı separatçı rejim xarici ölkələrdə səfirlik açmaq istəyir

Mailyan gələn il Şuşanın Gövhər Ağa məscidinin ərazisində İran-Ermənistan elmi-mədəni mərkəzinin inşa olunacağını da sözlərinə əlavə edib.(Modern.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər