İsa Qəmbərlə İlqar Məmmədov seçkiyə "hə" deyir, Arif Hacılı ilə Əli Kərimli isə... - Toplantı
Tarix: 03-12-2019 18:47 | Bölmə: Siyasət
İsa Qəmbərlə İlqar Məmmədov seçkiyə "hə" deyir, Arif Hacılı ilə Əli Kərimli isə...

Bu gün bir neçə müxalifət partiyasının nümayəndələri növbəti dəyirmi masa keçirərək, növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər.

APA-nın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi partiya və təmsil olunduqları Milli Şuranın bəyanatının olduğunu xatırladaraq, bildirib ki, bəyanatdakı şərtlər qəbul edilməsə, seçkini boykot edəcəklər.

REAL Partiyasının funksioneri Natiq Cəfərli, politoloq Hikmət Hacızadə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər müxalifət partiyalarının seçkidə iştirakının tərəfdarı olduqlarını bildiriblər.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və Müsavat başqanı Arif Hacılı isə seçkidə iştirakla bağlı aparılan müzakirələrdən sonra qərar verəcəklərini bildiriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər