Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın qaydaları formalaşdırılır
Tarix: 05-12-2019 13:16 | Bölmə: Siyasət
Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın qaydaları formalaşdırılır

““Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır”.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, “Soydaşlar və diaspor təşkilatları haqqında” qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparılır: “Soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır. “Diaspor fəaliyyətində xidmətə görə” medalın təsis olunması ilə bağlı Qanun layihəsi hazırlanaraq təqdim edilib və artıq Milli Məclisdə qəbul edilib”.

APA




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər